“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib


UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.

Azərbaycan Futzal Federasiyasından  verilən məlumata görə, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb.

O, təmsilçimizə ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.

Qeyd edək ki, 23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}