Goranboy Sakini: “Uşaqlarıma Göndərdiyim Alimenti Qeyri-Rəsmi Yaşadığına Xərcləyir” ŞOK VİDEO MÜRACİƏT
Xəbəral.az–a Goranboy rayon sakini Allahverdiyev Elvin Cavanşir oğlu şikayət videosu göndərib. Belə ki, onun keçmiş həyat yoldaşı Sevinc adlı xanımdan nigah da olduqları müddətində iki övladları var. Ailənin dağılma səbəbi isə xəyanət olub. Elvinin dediklərinə görə, ailəli olduqları zaman, həyat yoldaşı Sevinc Naftalan rayon sakini Həsən adlı şəxslə gizlin telefon danışıqlarını bildikdən sonra keçmiş xanımı gedib öz atası evinə. Elvinin bildirir ki, onun keçmiş həyat yoldaşı Sevinc xanım hal-hazırda da Naftalan rayon sakini Həsən adlı şəxslə qeyri-rəsmi birgə yaşayırlar. Şəffaflıq.az bildirir ki, Elvinin Xəbəral.az–a söylədiyinə görə, o iki övladının alimentini vaxtı-vaxtında ödəsə də, keçmiş həyat yoldaşı Sevinc, bununla birgə nigahan olan uşaqlarını atıb öz atası evinə, Elvinin ödədiyi aliment pullarını isə aparıb xərcləyir qeyri-rəsmi yaşadığı Həsən adlı şəxsə. Hələ bu azmış kimi, bununla yanaşı, Elvindən yenidən alimentin artırılması ilə bağlı iddia qaldırıblar. Keçmiş qaynatası isə Elvini şərləmək adı ilə bir neçə min borclu olduğunu deyir. Elvinin Xəbəral.az–a müraciətinin məqsədi odur ki, işə yenidən obyektiv baxılsın. Bununla bağlı, Ədliyyə Naziri Fikrət Məmmədovdan və Prezident İlham Əliyevdən kömək istəyir. Daha ətraflı təqdim edəcəyimiz video müraciət də...! Qarşı tərəfi dinləməyə hazırıq. Şəffaflıq.az
Facebook-da paylaş