Britaniya MN: Ukraynanın işğalına komandanlıq edən beş Rusiya generalının dördü işdən çıxarılıb



Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından səkkiz ay sonra Rusiyanın hərbi rəhbərliyinin əsas elementləri getdikcə iş qabiliyyətini itirirlər. Hazırda həmin dövrdə işğalın əməliyyat elementlərinə birbaşa rəhbərlik etmiş beş generaldan dördü artıq işdən çıxarılıb.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) “Twitter” səhifəsində gündəlik analitik xülasədə məlumat verilib.

Eyni zamanda qeyd olunur ki, çıxarılan generalları əvəz edənlər indiyədək Rusiyanın döyüş keyfiyyətlərini yaxşılaşdırmaq üçün az iş görüb.

Üstəlik, Britaniya kəşfiyyatına görə, taktiki səviyyədə yeni səfərbər edilmiş ehtiyatda olanlarla bağlı təşkilatçılıq və onlara rəhbərlik etmək üçün bacarıqlı leytenantların çatışmazlığı demək olar ki,  getdikcə artmaqdadır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}