Azərbaycanda daha bir məktəbdə ölüm hadisəsi


Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}