Rusiyada qırıcının yaşayış ərazisinə düşməsi nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb
Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 19 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır. "Report" xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib. Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş