Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib. Şəffaflıq.az-ın məlumatına görə, siyahıda "Qarabağ" da yer alıb. "Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb. Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub. Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş