UEFA AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb


UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb.

Şəffaflıq.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turniri keçirmək üçün 7 ölkə müraciət edib.

Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib.

Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}