İsmayıllı rayon Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənilib.-FOTO


Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənilib
Şəffaflıq.az xəbər verir ki,görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. 
Qəbulda kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib. 

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görüşdən sonra Hacıhətəmli kəndindən olan şəhid Xəlilov Qədim İlqar oğlunun ailəsi ziyarət olunub. 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}