Pensiyalar oktyabrın 14-də tam ödəniləcək
Ölkə üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq. Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş