Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir



Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunur.

Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}