Bakı Dövlət Sirkində təmir işləri aparılır
“Təmir işləri zamanı sirkin zalının döşəməsi tamamilə yenilənib”. Bu sözləri öz açıqlamasında Bakı Dövlət Sirkinin direktor müavini Nahid Ağayev deyib. Onun sözlərinə görə, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: “Heyvanların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub”. N.Ağayev qeyd edib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə aparılacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş