Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıb
Oktyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Şəffafıq.az
Xəbəri paylaş
Facebook-da paylaş