Uelsdə əhali küçələrə çıxaraq Britaniyadan ayrılmağı tələb edib



Uelsdə minlərlə insan küçələrə çıxaraq Britaniyadan ayrılmağı tələb edib.

Mitinq paytaxt Kardiffdə baş tutub.

Aksiya iştirakçıları müstəqillik üçün plakatlar və bayraqlarla şəhəri gəziblər. Xüsusən də “Taxt Oyunları” serialının prikveli “Əjdahalar evi” filmində rol alan britaniyalı aktyor Culian Lyuis Cons etirazçılar arasında görüntülənib.

O, çıxış edərək nümayişçilərə müraciət edib.

Qeyd edək ki, oxşar aksiya hələ iyul ayında Uelsin şimalında, Rekshem şəhərində baş verib. Orada səkkiz minə yaxın insan iştirak edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}