Paris yaxınlığında Fransanın ən qədim bazarı yanıb



Parisətrafı qəsəbələrdə ölkənin ən qədim Rünji beynəlxalq bazarı yanıb.

Bu barədə “Twitter”də şəhər Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Məlumata görə, yanğın Şevilyi-Laryü kommunası ərazisindəki anbarda baş verib. Hadisə yerinə Paris yanğınsöndürənləri gəlib.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Yanğından Mühafizə Xidməti vətəndaşlara müraciət edərək, yanğın baş verən ərazidən uzaqlaşmağı, habelə xidməti avtomobillərin keçidi üçün yolları təmizləməyi xahiş edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}