Məhkumun qolunda “ölüm iynəsi” üçün damar tapılmadı, edam ləğv edildi
ABŞ-ın Alabama ştatında həbsxanada ölümə məhkum edilən şəxsin son anda bəxti gətirib. Belə ki, məhbus Alan Miller üçqat qətlə görə 1999-cu ildə ölümə məhkum edilsə də, hökmün icrası 2022-ci ilə qədər uzanıb. Bununla belə, cari ildə də qərarı həyata keçirmək mümkün olmayıb: həkimlər Alanda öldürücü inyeksiya üçün vena damarı tapa bilməyiblər, nəticədə edam ləğv edilib və qatil yenidən həbsxana kamerasına göndərilib. Qeyd edilir ki, Alabama ştatının edam qanununa görə, əgər inyeksiya ilə bağlı problem yaranarsa, alternativ variant kimi azot hipoksiyası (azot buludu ilə boğulma) təklif edilir. Ancaq Alanın sonrakı taleyi ilə bağlı heç nə məlum deyil. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş