Tapdıq Abbas: Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin


Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

Şəffaflıq.az-ın xəbərinə görə, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqal tipli insanlar təmsil olunmalıdır:

“Burada həmçinin gənclər də təmsil olunmalıdır. Yenilər gəlsin, köhnələr qalsın demək düzgün deyil”. 

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var: “İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib:

“İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}