Əflatun Amaşov: “Mətbuat Şurası yaradılandan bəri quruma 15 minə yaxın müraciət daxil olub”
“Mətbuat Şurası yaradılandan bəri quruma 15 minə yaxın müraciət daxil olub. Bu müddət ərzində qurum mediada xoşagəlməz hallara qarşı mübarizə aparıb”. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VIII qurultayında hesabat təqdim edərkən deyib. Onun sözlərinə görə, qarşıda duran vəzifələrdən biri yenə də xoşagəlməz hallarla mübarizə olmalıdır: “Mətbuat Şurası yaranandan buna münasibət birmənalı olmayıb. Mətbuat Şurasını hakimiyyətə yaxınlıqda ittiham edənlər də az olmayıb. Ona da inanın ki, bıçağın sümüyə dirəndiyi anlar az olmayıb. Ancaq dövlətimizin maraqlarını hər şeydən üstün tutmuşam. Burada əyləşənlərə məlumdur ki, tənqidlərə açığam”.“Report"
Facebook-da paylaş