Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı bələdiyyələrin siyahısında dəyişiklik edilir.
Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı bələdiyyələrin siyahısında dəyişiklik edilir. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib. Həmin qanunun icrası məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik təklif olunur. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Facebook-da paylaş