Ərdoğan Putin-Zelenski görüşünə ümidvar olduğunu bildirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasında təkbətək görüşün təşkilinə ümid edir.

Şəffaflıq.az xəbər verir ki, o, bu barədə Amerikanın PBS teleşirkətinə müsahibəsində bildirib.

Teleşirkətin məlumatına görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna kontekstində balanslaşdırılmış siyasət apardığını və hər iki tərəfi dinlədiyini qeyd edib.

"Ona görə də bu liderləri bir araya gətirmək üçün güclü istəyimiz var. Gəlin onları bir araya gətirək. Mən hər şeyi onlardan eşitmək istəyirəm. İndiyə qədər uğur qazana bilməmişik, amma ümidsiz deyiləm", - Ərdoğan bildirib."Report"


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}