Şamaxıda şəhid Elgün Quliyevin xatirəsinə həsr edilmiş Qurani-Kərim hafizləri arasında müsabiqənin final mərhələsi keçirilib.-FOTO


Sentyabrın 16-da Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqənin final mərhələsi keçirilib.
Şəffaflıq.az xəbər verir ki,finalda iştirak etmək hüququ qazanmış 10 iştirakçıdan 5 nəfər münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək nəticələr əldə edərək qalib adını qazanıblar.
Tədbir iştirakçıları şəhid Elgün Quliyevin ailəsini və məzarını ziyarət etdikdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə iştirak edən Fondun icraçı direktoru Mehman İsmayılov, Aİİ-nin rektoru Aqil Şirinov, prorektoru Mirniyaz Mürsəlov, institutun müəllimi Ənvər Mustafayev, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Vətən müharibəsi şəhidi Elgün Quliyevin valideynləri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə qazısı Azər Nafiyev, Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının sədri Babaverdi Allahverdiyev qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Qalibləri təqdim edirik:

1-ci yer: Əliyev Elnur
2-ci yer: Hüseynzadə Mirzəhra
3-cü yer: Həsənli Bəhman
4- cü yer: İsmili Nazir
5- ci yer: Şirinov Şirin

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}