Tayvan Rusiyanı vizasız rejimdən kənarlaşdırdı



Tayvan hakimiyyəti Rusiyanı 2018-ci ildə eksperimental olaraq tətbiq edilən xüsusi vizasız proqramdan kənarlaşdırıb.

Bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya vətəndaşları üçün vizasız rejim iyulun 31-də bitib və ondan sonra da uzadılmayıb.

Tayvan COVID-19 pandemiyası fonunda 2020-ci ilin mart ayından etibarən bütün əcnəbilər üçün vizasız imtiyazları dayandırmışdı. Sentyabrın 12-dən etibarən isə ada üç günlük karantinə əməl olunması şərti ilə bəzi ölkələrin vətəndaşları üçün vizasız girişi bərpa edib. Bu ölkələrə ABŞ, Avstraliya və Aİ ölkələri də daxildir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}