Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib. Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevfərman imzalayıb. Fərmana əsasən, həmin dövlət orqanlarının siyahısı: 1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı. 2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı. 3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı. 4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı. 5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı. 6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.
Facebook-da paylaş