Şahbaz Şərif: "Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir”
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb: “Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, - Baş nazir qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş