Valideynlərin NƏZƏRİNƏ: Sabahdan bağçalara uşaqların qəbulu sistemi işləməyəcək



Məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlıbq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu proses 15-22 sentyabr tarixlərində davam edəcək.

22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}