Əsas Səhifə > Elm Təhsil > Valideynlərin NƏZƏRİNƏ: Sabahdan bağçalara uşaqların qəbulu sistemi işləməyəcək

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan bağçalara uşaqların qəbulu sistemi işləməyəcək


14-09-2022, 23:23



Məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlıbq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu proses 15-22 sentyabr tarixlərində davam edəcək.

22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.

Şəffaflıq.az


Geri qayıt