İsmayıllı şəhidini son mənzilə yola saldı


İsmayıllı rayonunda şəhid Bədəlov Cavidan Zaur oğlunun dəfn mərasimi keçirilib.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Şəffaflıq.az xəbər verir ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən İsmayıllı rayonunun Talıstan kənd sakini Azərbaycan Ordusunun quru qoşunlarının zabiti, baş leytenant Bədəlov Cavidan Zaur oğlu qəhrəmancasına şəhid olub. Şəhidimiz bu gün Talıstan qəbristanlığında dəfn olunub.


İsmayıllı RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin! 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}