Azərbaycanda özbək mətbəxi həftəsi keçirilir


Özbəkistanın Azərbaycandakı səfirliyi sayca üçüncü “Azərbaycanda özbək mətbəxi həftəsi” festivalını keçirir.

Şəffaflıq.az xəbər verir ki, festival çərçivəsində sentyabrın 10-dan 17-dək müsabiqə keçirilir və final mərhələsi sentyabrın 22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanda özbək mətbəxi həftəsi hər il təşkil olnur. Bu festival peşəkar və həvəskar kulinariya mütəxəssisləri, fud-blogerlər, həmçinin feysbuk sosial şəbəkəsində “Azeri Home Chef” qrupunun üzvləri arasında keçirilir.

Müsabiqənin şərtlərinə əsasən, birinci onlayn mərhələdə iştirakçılar özbək yeməkləri hazırlamalı və onun foto və ya videosunu çəkərək feysbuk sosial şəbəkəsində paylaşmalıdırlar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}