"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb
"Sumqayıt" Azərbaycan çempionatlarının 30 illik tarixind ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. "Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi dəqiqə baxımından digər 3 uğursuzu qabaqlayıb. "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşün 3-cü dəqiqəsində Almir Aqanspahiç fərqlənib. Komanda 453 dəqiqədən sonra qol vura bilib. Mütləq antirekord isə 2015/2016 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur. İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra) 1. AZAL (2015/2016 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Quruli, “Sumqayıt”la oyun – 1:1 2. “Xəzər” Lənkəran (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1 3. “Göyəzən” (2004/2005 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4 4. “Sumqayıt” (2022/2023 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1 Şəffaflq.az
Facebook-da paylaş