Azərbaycanda 337 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 916 aktiv xəstə var. Bu günə qədər 9 849 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş