Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib. "Report"un məlumatına görə, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb. Türkiyə təmsilçilərindən "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə "sarı-lacivərdlilər"in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub. UEFA Avropa Liqası Qrup mərhələsi, I tur 8 sentyabr A qrupu 20:45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2 20:45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1 B qrupu 20:45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2 20:45. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1 C qrupu 20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1 20:45. HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2 D qrupu 20:45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2 20:45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1 Şəffaflıq.az
Facebook-da paylaş