Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib
Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter”də yazıb. “Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş