Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.
Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb. Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonda 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib. Güclü küləyin təsiri olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir. Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.
Xəbəri paylaş
Facebook-da paylaş