Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var


Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az  "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}