POZİTİV OL, HƏYATINI DƏYİŞDİR!

 


"Pozitiv fikirləş" cümləsi artıq o qədər çox istifadə edilib ki, şablonlaşmış və təsiri azalmışdır. Halbuki, pozitiv düşünmək insana saysız-hesabsız fayda verə bilər. Bu faydaların bir neçəsini sizin üçün topladıq.

Daha uzun ömür

Pozitiv düşüncəyə sahib və optimist insanlar üzərində aparılan araşdırmalara əsasən, nikbinliklə uzun, sağlam həyat arasındakı əlaqə diqqəti çəkmişdir. Pozitiv düşüncəli insanların ürək və təzyiq xəstəliklərinə digərlərinə nisbətən daha az tutulduğu, ortalama 8-10 il daha çox yaşadıqları təsbit edilmişdir.

Xoşbəxt ailə həyatı

Optimist və pozitiv fikirləşən şəxslərin ailə həyatları üstündə aparılan başqa bir araşdırmaya görə, onların daha uzun və xoşbəxt həyat sürdükləri ortaya çıxmışdır. Cütlüklərdən sadəcə birinin pozitiv olması münasibətin ömrünü uzada bilir. Çünki optimist insanlar, həyat yoldaşları üçün əsl dəstək və problem həllində köməkçidirlər.

Daha çox uğurlu olmaq imkanı

Müsbət fikirləşən insanlar yaxşı mənada özlərindən daha əmindirlər və bu səbəblə də işlərinə daha çox inanırlar, əzmlə sonadək davam edirlər. Pessimistlərdən fərqli olaraq, hədəflərinə çatarkən motivasiyalarını çox az itirərlər və bu da onların uğurlu olmasına müsbət təsir edir.

Daha az xəstələnirlər

Optimist olmaq insanların daha az xəstələnmələrinə birbaşa təsir edir. Bunun əsas səbəbi pozitiv fikirləşənlərin özlərinə daha yaxşı qulluq etmələri və pessimistlərə nisbətən stress səviyyəsinin daha az olmasıdır. Onlar narahatlıqlar yaşadıqda bu simptomları çox asan idarə edirlər.

Daha tez ayağa qalxarlar

Pozitiv fikirləşən insanlar uğursuzluqla qarşılaşdıqda baxış bucaqlarının sayəsində daha tez ayağa qalxırlar və hərəkətə keçirlər. İdmançılar üzərində aparılan araşdırmaya görə optimist olanlar məğlub olduqda, digərlərinə nisbətən daha tez özlərinə gəlir və pis düşüncələri dəf edərək, tez bir zamanda yenidən oyuna adaptasiya olurlar.

Unutmayaq ki, düşüncələrimiz bizi biz edir. Gözəl, xoş düşünmək bizlərə mənəvi və fiziki rahatlıq gətirəcəkdir. Bu fikirlər sizin həyatınızın çox daha hüzurlu olmasını təmin edəcəkdir. Həyatdan zövq alın.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}