Ukraynadan ərzaq daşıyan daha 12 gəmi yola düşüb



Bazar günü ərzaqla dolu 12 quru yük gəmisinin Ukrayna limanlarını tərk edərək taxıl dəhlizi ilə yola düşüb.

Bunu Türkiyənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində açıqlayıb.

Bildirilib ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında humanitar dəhliz boyu həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl hər gəmi yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.

Qeyd edək ki, taxıl dəhlizi üzrə razılaşmanın icrasına başlanılandan (avqustun 1-dən) indiyədək Ukraynadan 2 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}