Kolumbiyada polisin yoluna bomba düzdülər: Çox sayda əməkdaş həlak oldu
Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər. Partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Bu barədə ölkənin Prezidenti Qustavo Petro “Twitter” hesabında yazıb. O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb. Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş