Sercio Mattarella: "Səfirliyin yeni binasının açılması İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir"
"Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir". Şəffaflıq.az xəbər verir ki, bu sözləri İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə deyib. "Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram. Bir daha xoş gəlmisiniz, cənab Prezident", - İtaliya Prezidenti bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş