Tanınmış aktyor xərçəngdən dünyasını dəyişdi


"Klan Soprano" ("The Sopranos" 1999-2007) serialındakı rolu ilə tanınan amerikalı aktyor Robert (Bob) LüPon 77 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Şəffaflıq.az"qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi aktyorun həmtəsisçisi olduğu MCC Teatrı məlumat yayıb.

"MCC Teatrının həmtəsisçisi və bədii rəhbəri Bob LüPon 27 avqust şənbə günü mədəaltı vəzi xərçəngi ilə üç illik mübarizədən sonra vəfat edib", - teatrın açıqlamasında deyilir.

Robert LüPon 1946-cı ildə Nyu-Yorkda anadan olub. O, aktyorluq karyerasına Brodveydə prodüser şirkətlərində başlayıb. Ən məşhur rolu "The Sopranos" serialındakı obrazı olub. LüPon həmçinin "Sex and the City" (1998-2004) və "Billions" (2016-dan indiyədək) kimi televiziya şoularında rol alıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}