Avtomobillərin faraları yolda işarələri göstərəcək
“Ford” yeni fara sistemini sınaqdan keçirir. Onun sayəsində sürücü yol nişanlarını birbaşa yolun hərəkət hissəsinə əks etdirir. Yeni işıqlandırma qurğuları sürət həddi barədə məlumatları yayımlaya, yol nişanlarının dublikatını çıxara və sürücünü əlverişsiz yol şəraiti, o cümlədən qar və buzla bağlı xəbərdar edə biləcək. Bundan əlavə, piyada və ya velosipedçi yolda olarsa, “ağıllı” faralar təhlükəsiz trayektoriya çəkəcək. Sürücünün diqqətini yayındırmamaq üçün media sisteminin displeyi və ya ön şüşədə bildirişləri göstərən proyektorun faraların naviqasiya sistemi ilə inteqrasiyası imkanları da nəzərdən keçirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş