Yaxın gələcəkdə QHT-lərin Laçına səfəri təşkil oluna bilər


Yaxın gələcəkdə azad edilmiş bütün ərazilərə, o cümlədən Laçın rayonuna qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hətta həmin ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaş cəmiyyətlərinin fəaliyyət göstərməsi, insanların ictimai iştirakçılığının təmin olunması məsələsinə də təşəbbüs olarsa baxılacaq.

"Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik", - A.Əliyeva bildirib


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}