Nazir müavini: “2022-ci ildə Avropada son 15 il ərzində baş verən meşə yanğınları rekord həddə çatıb”



“Avqust ayında baş verən yanğınların qiymətləndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos “Azersky” peyki vasitəsilə aparıb”.

Şəffaflıq.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, yanğınlar qısa zamanda az risklər, təsirlərlə söndürülə bilib.

Nazir müavinin sözlərinə görə, 2022-ci ildə Avropada son 15 il ərzində baş verən meşə yanğınları rekord həddə çatıb:

“Nəticədə 700 min hektar meşə ərazisinin yandığı qeyd edilib. Bu il Azərbaycanda 5 100 ha ərazidə yanğın olub ki, onun da 1 600 ha meşə ərazisi təşkil edir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}