İşdən çıxarılan gömrük rəisi Pərviz Kəngərli yola salındı



Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli tutduğu vəzifədən azad olunub.

Bəzi saytlar gömrük rəisinin çalışdığı qurumu tərk etməsinin görüntülərini yayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib. Bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə idarənin rəis vəzifəsinin icrası Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib.

Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.

O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}