Avropa Liqası: "Qarabağ"ın püşkatmadakı səbəti dəqiqləşib


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.

Şəffaflıq.az-ın məlumatına görə, buna Türkiyə "Trabzonspor"u ilə Norveçin "Budö Qlimt" klubunun Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində "köhlən atlar"dan geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}