Saxalində üç gəmi lövbərdən qopub: 60-dan çox insan çıxılmaz vəziyyətdə qalıb
Rusiya Federasiyasının Saxalin vilayətində üç gəmi lövbərdən qopub. Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsi bildirib ki, onların göyərtəsində 64 nəfər ola bilər. Dəniz Koordinasiya və Xilasetmə Mərkəzinin növbətçi kapitanı ərazidəki bütün gəmiləri xəbərdar edib. Ərazidə xilasetmə işləri aparılır. Hadisə yerinə gəmilər yola düşüb. “Mi-8” helikopterləri, habelə Federal Hava Nəqliyyatı Agentliyinin Nikolayevsk-Amur şəhərində insanların axtarışı və xilas edilməsi üzrə aviasiya mərkəzi göyərtəsində xilasedicilərlə hazır vəziyyətə gətirilib. Təyyarə hava şəraitinə uyğun olaraq havaya qalxacaq. Tatar boğazında əlverişsiz hava şəraiti davam edir. Şəffaflıq.az
Facebook-da paylaş