Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Şəffaflıq.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapacaq. "Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Bakıdakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb. Ukraynanın "Dinamo" (Kiyev) klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlib. İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 23 avqust UEFA Çempionlar Liqası, pley-off mərhələsi Cavab oyunları 23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) 23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) 23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.
İlk oyun - 0:0
İlk oyun - 2:3
İlk oyun - 2:0
Facebook-da paylaş