İş axtaranların NƏZƏRİNƏ!



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası vəzifələr üçün vakansiyalar elan edib.

Həmin siyahını təqdim edirik:

- “Gəmi sürücülüyü” fakültəsinə dekan

- “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə dekan

- “Gəmi elektroavtomatikası” kafedrasına müdir.

Dekan olmaq istəyən namizədlərdən tələblər:

- Kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcə

- Ən azı 5 il elmi-pedaqoji təcrübə

- Peşə-ixtisas hazırlığı.

Kafedra müdiri olmaq istəyən namizədlərdən tələblər:

- Profilə uyğun peşə-ixtisas hazırlığı

- Elmi ad və dərəcə

- Ən azı 5 il elmi-pedaqoji təcrübə.

Sənədlər rektorun adına yazılmış ərizə ilə birgə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir.

Müraciət üçün son tarix: 18.09.2022

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}