“Azəriqaz” yeni abonentlərinin sayını açıqlayıb
Bu ilin avqustun 1-nə “Azəriqaz” İstehsalat Birliyi üzrə qaz istehlakçılarının (abonent) sayı 2 milyon 473 min 107-ə çatıb. Şəffaflıq.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib. Onun sözlərinə görə, “Azəriqaz”ın əhali sektoru üzrə abonentlərinin sayı 2 milyon 434 min 771, qeyri-əhali sektoru üzrə isə abonentlərinin sayı 38 min 336 olub. O bildirib ki, bu ilin yanvar- iyul ayı ərzində 31 min 412 yeni abonent qeydiyyata alınıb: “Bu müddət ərzində əhali sektoru üzrə 30 min 069, qeyri-əhali sektoru üzrə isə 1 min 343 abonent yeni qeydiyyata alınıb. Bu ilin iyul ayı ərzində isə 3 min 258 yeni abonent qeydiyyata alınıb. Bundan əhali sektoru üzrə 3 min 136, qeyri- əhali sektoru üzrə isə 122 abonent yeni qeydiyyata alınıb”.
Facebook-da paylaş