Kürdəmirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb


Kürdəmir rayonunda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 29 yaşlı Əhmədov Bəxtiyar Zaur oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yolda hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin, Gəncə şəhər sakinləri - 28 yaşlı Əhmədova Səbinə Vaqif qızı ilə 60 yaşlı Məmmədova Yeganə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}