Ağsu rayonunda şəhid Rüfət Fətəlizadənin anım mərasimi keçirilib.-FOTO

 Ağsu rayonunun Padar kəndindən olan şəhidi Fətəlizadə Rüfət Nazim oğlunun anım mərasimi keçirilmişdir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə gül dəstələri qoymuşlar və şəhidin ruhuna dualar oxunmuşdur.





Şəffaflıq.az xəbər verir ki, RİH başçısı Rövşən Bağırov şəhid Rüfət Fətəlizadənin göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açmışdır. RİH başçısı vurğulamışdır ki, şəhid  Fətəlizadə  Rüfət  Nazim  oğlu  10 avqust  2014-cü ildə  cəbhənin Tovuz  rayonu  istiqamətində  düşmənin  xain hücumunu  dəf  edərkən qəhrəmancasına  şəhid  olmuş və ölümündən sonra "Hərbi xidmətdə  fərqlənməyə  görə"  3-cü  dərəcəli medalı ilə təltif olunmuşdur.

Şəhidin atası N.Fətəlizadə öz çıxışında ölkə başçısı cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkürrünü bildirmişdir.

     Tədbir şəhidin doğulduğu Padar kəndində ev muzeyini ziyarətlə davam etmişdir.



Vahid ismayılov.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}