Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum ediblər



Rusiyanın “NoName057” haker qrupu Finlandiya parlamentinin saytına kiber hücum edib.

Bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.

“Biz NATO-ya üzv olmaq istəyən qonşu Finlandiyaya “dostluq” səfəri etmək qərarına gəldik və bu ölkənin parlamentinin saytında daxili icazə xidmətini ləğv etdik”, - deyə hakerlərin bəyanatında bildirilib.

Hadisədən bir müddət sonra Finlandiya Parlamentinin veb saytına daxil olmağa çalışdıqda xidmətin IP ünvanının tapılmaması barədə bildiriş görünüb.

Haker hücumu faktı artIq parlament tərəfindən də təsdiqlənib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}